Əsas Səhifə > Dünya > Kərkükdən ilk qələbə xəbəri - Təcili
Kərkükdən ilk qələbə xəbəri - Təcili16-10-2017, 11:58 |
|
10:47 İraq ordusu Kərkükdə hərbi bazaları və neft quyularını ələ keçirmək üçün əməliyyatlara başlayıb. Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, AFP xəbər agentliyi İraq ordusunun Kərkük yaxınlığındakı yolları və infrastruktur qurğularını ələ keçirdiyini açıqlayıb. Əməliyyatların başladığını Kürd Muxtariyyətinin Təhlükəsizlik Agentliyi də təsdiq edib. İraq Türkman Cəbhəsinin lideri Əşrəf Salihi türkmanlara səslənərək, “Tuzhurmatu və Kərkük ətrafında qarşıdurmalar başlayıb. Özünüzü qoruyun”, - deyib. *** Əməliyyatlardan sonra peşmərgə qüvvələri Kərkükün cənubuna çəkilib. Bu barədə Kərkükdəki 5-ci cəbhə komandanı Kamal Kərküki “Anadolu” agentliyinə açıqlama verib. “Peşmərgənin geri çəkilməsindən sonra Ərbildən dəstək qrupları bölgəyə doğru yola çıxıb. İraq ordusu hələ ki, şəhərə daxil ola bilməyib”, - Kamal Kərküki bildirib. Qeyd edək ki, ötən gün İraq hakimiyyəti Kürd Muxtariyyətinin Kərkükə PKK terrorçularını gətirdiyini açıqlayıb. Rəsmi Bağdad İraq Kürd Muxtariyyətinin bu addımının müharibə elan etmək olduğunu bildirib. *** Son məlumatlara görə, İraq qüvvələri Kərkükün cənubundakı bəzi mövqeləri Kürd Muxtariyyətindən azad edib. Əməliyyatlar zamanı Kərkükdəki Keyvan hərbi bazası da İraq ordusunun nəzarətinə keçib. Məlumatı İraq Müdafiə Nazirliyinə bağlı olan Savaş Media Şəbəkəsi yayıb. Rubrika.Az Geri qayıt |