Əsas Səhifə > Hadisə > Məktəbdə şagirdlər arasında QANLI DAVA baş verib - BAKIDA

Məktəbdə şagirdlər arasında QANLI DAVA baş verib - BAKIDA


18-10-2017, 12:30
Məktəbdə şagirdlər arasında QANLI DAVA baş verib - BAKIDA

Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

Rubrika.Az Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev 14 yaşlı Rahib Babayevi bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, məktəbdə bıçaqlanan R.Babayev 8-ci sinif şagirdidir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt