Əsas Səhifə > Hadisə > Əfqanıstan “qan gölünə” döndü — 71 ölü, 170 yaralı
Əfqanıstan “qan gölünə” döndü — 71 ölü, 170 yaralı17-10-2017, 21:00 |
|
Əfqanıstanda müxtəlif yerlərdə 3 terror aktı törədilib. Rubrika.az “Ölkə.Az”-a istinaden xəbər verir ki, terror aktları nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb. Partlayışlar nəticəsində 170 nəfər yaralanıb. Ölənlərdən 25-i, yaralılardan isə 30-u polis əməkdaşlarıdır. Qeyd edək ki, Paktiya əyalətinin Qardez şəhərində terrorçu-kamikadze polis məntəqəsinə hücum edib. Əfqanıstan DİN-nin məlumatına görə, hücum nəticəsində 41 nəfər ölüb, 158 nəfər yaralanıb. İkinci terror aktı nəticəsində isə 25 polis əməkdaşı və 5 dinc sakin ölüb, 10 nəfər isə yaralanıb. Partlayışdan sonra terrorçularla polis arasında baş verən atışmada 15 terrorçu öldürülüb. Rubrika.az Geri qayıt |