Əsas Səhifə > Hadisə > Qaçan məhkumların kimliyi və nədə ittiham edildikləri məlum olub - YENİLƏNİB
Qaçan məhkumların kimliyi və nədə ittiham edildikləri məlum olub - YENİLƏNİB25-10-2017, 11:28 |
![]() Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb. Rubrika.Az-ın APA-ya istinadən əldə etdiyi xəbərə görə, həmin məhkumla Bakıdan Şirvana qatarla aparılırlarmış. Qatar Biləcəri stansiyasında dayan zaman onlardan ikisi qaçmağa nail olub. Hazırda qaçan məhkumların axtarışı davam edir. **** Bakıda qaçan məhbusların adları məlum olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir. E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar. Rubrika.Az Geri qayıt |