Əsas Səhifə > Hadisə > Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bıçaqlanıb
Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bıçaqlanıb23-10-2017, 11:34 |
|
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Rubrika.Az-ın “Report”a istinadən məlumatına görə, 1989-cu il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu metronun Neftçilər stansiyası yaxınlığında mübahisə zəminində iki bıçaq xəsarəti alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparıcı mütəxəssisidir. Rubrika.Az Geri qayıt |