Əsas Səhifə > Hadisə > Qaçan məhbuslardan biri tutuldu - SON DƏQİQƏ
Qaçan məhbuslardan biri tutuldu - SON DƏQİQƏ26-10-2017, 18:45 |
![]() Rubrika.Az APA-ya istinadla bildirir ki, oktaybrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış AR Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami bu gün Şirvan şəhərində tutulub. PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, o, istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir. Rubrika.Az Geri qayıt |