Əsas Səhifə > --- > Ali Məhkəmə bu işlərə baxmayacaq
Ali Məhkəmə bu işlərə baxmayacaq27-10-2017, 21:09 |
![]() İki min manata qədər olan mülki, on min manata qədər olan iqtisadi işlərə Ali Məhkəmədə baxılmayacaq. Bununla bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanununa, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik edilir. Belə ki, bu işlər apellyasiya məhkəməsində yekunlaşacaq. Dəyişiklik həm də nümayəndələrin Ali Məhkəməyə çıxışını məhdudlaşdırır. Layihə Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasına tövsiyə olunub. Əgər dəyişiklik layihəsi səsvermədən keçərsə, dekabr 1-də qüvvəyə minəcək. Rubrika.Az Geri qayıt |