Əsas Səhifə > Dünya > ABŞ-dan Rusiyaya daha ağır zərbə — Bu dəfə ruslarla əlaqəli dövlətlər “qara siyahı”dadır
ABŞ-dan Rusiyaya daha ağır zərbə — Bu dəfə ruslarla əlaqəli dövlətlər “qara siyahı”dadır31-10-2017, 12:36 |
|
ABŞ Rusiyaya qarşı təzyiqləri artırmaq üçün daha bir yol seçib. Rubrika.Az “Ölkə.Az”a istinaden xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib ki, Amerika sanksiyalar tətbiq etdiyi rus şirkətlərilə əlaqəli olan dövlət və müəssisələrə qarşı da qadağalar qoyacaq. Onun sözlərinə görə, Rusiya ilə əlaqəli üçüncü dövlət, yaxud şirkətə lazım olarsa sanksiyalar tətbiq edilə bilər. “Biz bu barədə qərara gəlməmişdən əvvəl hər şeyi nəzərə alacağıq. Bütün konkret məsələlər öyrəniləcək və sonra qərar qəbul ediləcək”, - deyə amerikalı diplomat bildirib. Departament nümayəndəsi onu da vurğulayıb ki, bu Rusiya ilə silah bazarında rəqabət vasitəsi olmayacaq. Diplomat onu da əlavə edib ki, bu barədə Amerikanın bütün müttəfiqləri xəbərdar edilib: “Biz bu barədə Avropa İttifaqına, o cümlədən bizimlə əlaqəli olan bütün tərəfdaşlarımıza məlumat vermişik”. Rubrika.Az Geri qayıt |