Əsas Səhifə > Hadisə > Səhiyyə Nazirliyindən "Qoca"nın yaralanan adamları ilə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyindən "Qoca"nın yaralanan adamları ilə bağlı AÇIQLAMA


2-11-2017, 12:30
Səhiyyə Nazirliyindən "Qoca"nın yaralanan adamları ilə bağlı AÇIQLAMA

"Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun tutulması üçün keçirilən əməliyyat zamanı yaralanan şəxslər 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Rubrika.az Milli.Az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, 1988-ci il təvəllüdlü Anar Əsgərov sol qolun bazu nahiyyəsindən güllə yarası alıb və qolu sınıb.

Bildirilib ki, xəstəyə bütün zəruri tədbirlər edilir. 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmarın isə yarası ağır olmadığından hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd edək ki, gecə saatlarında Qarabağ rayonunda atışma baş verib. Keçirilən xüsusi əməliyyat zamanı Etibar Məmmədov və bir qrup şəxs hüquq-mühafizə orqanının əməkdaşlarına silahlı müqavimət göstərib. Nəticədə E. Məmmədov aldığı güllə yarasından ölüb.

Rubrika.Az
Geri qayıt