Əsas Səhifə > Cəmiyyət > SOCAR: Qəza zamanı ölüm hadisəsi baş verməyib

SOCAR: Qəza zamanı ölüm hadisəsi baş verməyib


3-11-2017, 11:56
SOCAR: Qəza zamanı ölüm hadisəsi baş verməyib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestinin 490 saylı quyusunda istehsalat qəzası baş verib. Hadisə zamanı 2 nəfər qazma köməkçisi iş prosesində xəsarət alıb, ölüm hadisəsi olmayıb.

Bu barədə SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bu gün KİV-də Qaradağ rayonu ərazisində yerləşən “Azneft” İstehsalat Birliyinin buruğunda ölüm hadisəsi ilə nəticələnən faciə ilə bağlı yayılan məlumatı şərh edərkən bildirib.

N.Quliyev bildirib ki, yaralılar təcili xəstəxanaya çatdırılıblar: "Onlardan biri artıq ambulator müalicə alır, digərinin müayinəsi davam edir".

Rubrika.Az
Geri qayıt