Əsas Səhifə > Bölgə > Rəis saxlanıldı

Rəis saxlanıldı


4-11-2017, 15:15
Rəis saxlanıldı


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərov saxlanılıb.

Rubrika.Az-in "Report"a istinadla əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şöbə rəisi barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 340.2-ci (ictimai qaydanın mühafizəsi, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb.
Bu gün K.İsgəndərov barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Rubrika.Az
Geri qayıt