Əsas Səhifə > Hadisə > Azərbaycanlı xanıma YÜKSƏK VƏZİFƏ VERİLDİ
Azərbaycanlı xanıma YÜKSƏK VƏZİFƏ VERİLDİ4-11-2017, 16:35 |
![]() Estoniyanın paytaxtı Tallin merinin müavini vəzifəsinə Züleyxa İsmayılova təyin edilib. Bu barədə məlumatı Estoniya mətbuatı yayıb. Qeyd edək ki, İsmayılova 1985-ci ildə Tallində anadan olub. Onun anası eston, atası isə azərbaycanlıdır. Evli olan İsmayılovanın iki övladı var. O, Estoniyada aktivist və jurnalist kimi daha çox tanınıb. Soydaşımız siyasətlə 2005-ci ildən məşğul olmağa başlayıb. 2005-2012-ci illərdə Sosial Demokrat Partiyasında çalışan İsmayılova sonradan buradan çıxıb. Bu ilin martında o, Estoniyanın Yaşılları Partiyasının sədri seçilib. Rubrika.az Geri qayıt |