Əsas Səhifə > Hadisə > Əhaliyə şad xəbər: metroda kondisionerli vaqonlar olacaq
Əhaliyə şad xəbər: metroda kondisionerli vaqonlar olacaq8-11-2017, 16:19 |
![]() “Yeni xətlərdə həm idarəetmədə, həm hərəkətin təşkilində, həm də təchizatda ən müasir sistemlərin tətbiqi nəzərdə tutulub”. Rubrika.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov paytaxt metrosunun 50 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, Bakının inkişafı və əhali artımının templəri nəzərə alınaraq, gələcəkdə yeni xətlərdə 7 vaqonlu qatarların hərəkəti nəzərdə tutulub. “Vaqonlar kondisioner, mikroiqlim nəzarət sistemləri, ən yüksək təhlükəsizlik və idarəetmə sistemləri ilə təchiz olunacaq”, - deyə sədr qeyd edib. Rubrika.Az Geri qayıt |