Əsas Səhifə > Hadisə > Türkiyədə fabrikdə baş verən partlayışda ölənlərin sayı 5 nəfərə, yaralıların sayı 16-ya çatıb- YENİLƏNİB

Türkiyədə fabrikdə baş verən partlayışda ölənlərin sayı 5 nəfərə, yaralıların sayı 16-ya çatıb- YENİLƏNİB


8-11-2017, 16:42
Türkiyədə fabrikdə baş verən partlayışda ölənlərin sayı 5 nəfərə, yaralıların sayı 16-ya çatıb- YENİLƏNİB

Türkiyənin Bursa əyalətinin Gürsu rayonunda yerləşən toxuculuq fabrikində baş verən partlayışda ölənlərin sayı 5 nəfərə çatıb.

Rubrika.Az “Report”a istinadən xəbər verir ki, bunu Bursa valisi İzzəttin Küçük bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 16 nəfər yaralanıb.

İ.Küçük deyib ki, partlayış qaz sızması səbəbindən baş verib. Partlayış güclü olub və fabrikin damı uçub, ətrafdakı binalara ziyan dəyib.



Rubrika.Az
Geri qayıt