Əsas Səhifə > Hadisə > Bayraq Meydanının qarşısında baş verən qəzada qadın öldü
Bayraq Meydanının qarşısında baş verən qəzada qadın öldü10-11-2017, 12:24 |
|
Bakıda Bayraq Meydanının qarşısında ölüm hadisəsi baş verib. Rubrika.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 8-i, saat 19:30 radələrində olub. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Ələkbərova Könül Elton qızı Dövlət Bayraqı Meydanının qarşısında yolu keçmək istəyib. Bu zaman 1962-ci təvəllüdlü Şahbazov Əmrulla Sahlar oğluna məxsus 90 FO 007 nişanlı "Land Rover" markalı avtomaşın tərəfindən vurulub. Qadın hadisə yerindəcə vəfat edib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |