Əsas Səhifə > İdman > Azərbaycan Almaniya ilə qarşılaşacaq
Azərbaycan Almaniya ilə qarşılaşacaq9-11-2017, 13:57 |
|
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Rubrika.Az Report-a istinadən xəbər verir ki, V qrupda yer alan Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Almaniya yığmasını qəbul edəcək. Oktyabrın 6-da bu kollektivlər arasında Almaniyanın Kotbus şəhərində baş tutan görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:1. Ümumiyyətlə, Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi digər iki matçda da uduzub. Milli səfərdə İsrailə, evdə isə İrlandiyaya 1:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu da evdə keçirəcək. Noyabrın 14-də "Dalğa Arena"da baş tutacaq dueldə rəqib Kosova yığması olacaq. AVRO-2019 Seçmə mərhələ, V qrup 9 noyabr 18:00. Azərbaycan - Almaniya Baş hakim: Daniyar Saxi Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski Dördüncü hakim: Bulat Sariyev (hakimlər briqadası Qazaxıstandandır) Bakı. "Dalğa Arena" Xal durumu: İrlandiya - 10, Almaniya, Kosova - 6, Norveç - 5, İsrail - 4, Azərbaycan - 0. Rubrika.Az Geri qayıt |