Əsas Səhifə > Dünya > Rusiya Bakı-Qarsa alternativ hazırlayır

Rusiya Bakı-Qarsa alternativ hazırlayır


10-11-2017, 11:20
Rusiya Bakı-Qarsa alternativ hazırlayır

Çindən Avropaya yeni dəmiryolunun istifadəyə verilməsi Rusiya və Qazaxıstanın sənaye və logistikasına müsbət təsir edəcək.

Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya və Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumunda çıxışı zamanı söyləyib.

“Mən Nursultan Nazarbayevin Çindən başlayaraq Avropaya gedəcək dəmiryolunun tikintisi ilə bağlı fikirlərinə qatılıram. Bu bir çox sənaye sahələrinin inkişafına səbəb olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmiryolu istifadəyə verilib.

Rubrika.az
Geri qayıt