Əsas Səhifə > Hadisə > 96 cinayət faktı qeydə alınıb

96 cinayət faktı qeydə alınıb


11-11-2017, 11:00
96 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən cümə axşamı günü ərzində 96 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər tutulub.

Rubrika.az
Geri qayıt