Əsas Səhifə > Hadisə > AZAL təyyarəsində ANS-in keçmiş əməkdaşının üzərinə qaynar su töküldü

AZAL təyyarəsində ANS-in keçmiş əməkdaşının üzərinə qaynar su töküldü


14-11-2017, 12:43
AZAL təyyarəsində ANS-in keçmiş əməkdaşının üzərinə qaynar su töküldü

"O boyda təyyarədə yanıq üçün bir maz tapılmadı".

Rubrika.az-ın ölkə.az-a istinadən məlumatına görəverir ki, bu sözləri fəaliyyəti dayandırılmış ANS-in əməkdaşı Tünzalə Rafiqqızı sosial şəbəkədə yazıb.

T.Rafiqqızı qeyd edib ki, AZAL-a məxsus təyyarə ilə İstanbula gedən zaman başına xoşagəlməz hadisə gəlib.
Onun üzərinə stüardessanın əlindəki qaynar çaydan üstünə dağılıb:

"Qaynar su üstümə dağıldı. O boyda təyyarədə yarama vurmağa bir dərman tapılmadı. Axırda bir sərnişin oteldən götürdüyü balaca diş pastasını verdi, onu çəkdik. Bu da milyonluq təyyarəmizdə lüks xidmət".

Qeyd edək ki, AZAL-dakı keyfiyyətsiz xidmət ilə bağlı son vaxtlar şikayətlər çoxalıb. Bu barədə mətbutda mütəmadi məlumatlar dərc edilir.

Rubrika.Az
Geri qayıt