Əsas Səhifə > İdman > 2018-ci il dünya çempionatının püşkatma mərasiminin aparıcıları müəyyənləşib

2018-ci il dünya çempionatının püşkatma mərasiminin aparıcıları müəyyənləşib


17-11-2017, 15:57
2018-ci il dünya çempionatının püşkatma mərasiminin aparıcıları müəyyənləşib

Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatının püşkatma mərasiminin aparıcıları müəyyənləşib.

Rubrika.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 1-də Moskvadakı Kreml sarayında təşkil olunacaq tədbir ingiltərəli veteran futbolçu və ekspert Hari Linekerlə rusiyalı teleaparıcı Mariya Komandnayaya həvalə olunub.

Qeyd edək ki, dünya çempionatında iştirak etmək hüququ qazanan 32 ölkə 4 səbətə bölünüb. Birinci səbətdə Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa, ikincidə İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay, üçüncüdə Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran, dördüncü səbətdə isə Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliya yer alıb.

Mundialın oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.

Rubrika.Az
Geri qayıt