Əsas Səhifə > Hadisə > Benzin bahalaşdı — Sabahdan bu qiymətə satılacaq
Benzin bahalaşdı — Sabahdan bu qiymətə satılacaq17-11-2017, 21:00 |
|
Azərbaycana idxal edilən “Aİ-95” premium və “Ai-98” super markalı benzinin qiyməti bahalaşıb. Rubrika.Az ölkə.az-a istinadla xəbər verir ki, hazırda “Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Ai-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir. SOCAR həmin markalı yanacağın bahalaşma səbəbini benzinin başqa ölkələrdən idxal edilməsilə əsaslandırıb. Qeyd olunur ki, “Aİ-95” və “Ai-98” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır. “Qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi “Aİ-92” markalı benzinə şamil olunmur. Yəni istər “Aİ-92” markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq. Qeyd edək ki, “Aİ-95” premium markalı və “Ai-98” super markalı benzindən sürücülərin az qismi istifadə edir. Bu isə bu markalarda yanacağa olan tələbatın “Aİ-92” markalı benzinə olan tələbatdan qat-qat az olmasından irəli gəlir. Xatırladaq ki, xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün "AI-95 Premium" markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir. Yeni qiymətlər yalnız lüks avtomobil sürücülərinə təsir edəcək. Qeyd etdiyimiz kimi, respublikamıza xaricdən gətirilən və müəyyən mənada xarici bazarlardakı qiymətlərdən asılı olan “Aİ-95” premium markalı və “Ai-98” super markalı benzinin qiyməti sərbəst təyin edilir. Eyni zamanda bu markadan olan benzinin qiyməti həm region, həm də dünyanın digər ölkələrində bahalaşıb. Məsələn, Rusyada “Ai-95” markalı benzinin topdansatış qiyməti 1,7%, “Ai-92” markalı benzinin qiyməti isə 2,3% artıb, Gürcüstanda isə oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri bahalaşıb. Bütün bunlar onu göstərir ki, proses digər ölkələrdə də baş verir. Respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı və “Ai-98” super markalı benzinin qiymətindəki artım isə qonşu Rusiyadan və Gürcüstandan fərqli olaraq benzinin digər növlərinin qiymətinə təsir etməyəcək. Rubrika.Az Geri qayıt |