Əsas Səhifə > Səhiyyə, Manşet > “Problemimiz həll olunmasa, Prezidentə müraciət edəcəyik” — Sakinlərdən “Azəristiliktəchizat” ASC rəhbərinə MÜRACİƏT

“Problemimiz həll olunmasa, Prezidentə müraciət edəcəyik” — Sakinlərdən “Azəristiliktəchizat” ASC rəhbərinə MÜRACİƏT


22-11-2017, 13:43
“Problemimiz həll olunmasa, Prezidentə müraciət edəcəyik” — Sakinlərdən “Azəristiliktəchizat” ASC rəhbərinə MÜRACİƏT

Sabunçu rayonu, Bakıxanov qəsəbədsi, Əli Kərim 9 ünvanında yerləşən binanın bir qrup sakini “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənova açıq şikayət məktubu ünvanlayıb.

Rubrika.az-ın ölkə.az-a istinadən məlumatına görə, sakinlər öz müraciətlərində yaşadıqları binanın istilik sisteminin yararsız və baxımsız vəziyyətə düşməsindən, mənzillərinin hələ də soyuq olmasından şikayətçidirlər.

Sakinlər bildirir ki, “Azəristiliktəchizat” ASC-nin sahə rəisinə və İcra Hakimiyyətinə dəfələrlə edilən müraciətlərə baxmayaraq, Əli Kərim 9 ünvanında mövcud olan istilik radiatorlarının isinməsi hələ də təmin edilməyib:

“Nəticədə isə əksər mənzillər çox soyuq vəziyyətdədir. İstilik radiatorlarının isinməməsinin əsas səbəbi binanın qazanxanasına verilən qazın təzyiqinin həddindən çox aşağı olmasıdır”.


Şikayətçilər qeyd edir ki, “Azəristiliktəchizat” ASC-nin nümayəndələri bir neçə dəfə sözügedən binaya baxış keçirərərək, problemin yaxın saatlarda həll olunacağı vəd ediblər:

“Ancaq bütün vədlərə və havaların soyuq keçməsinə baxmayaraq, binada problem hələ də həll edilməyib. Sabunçu rayonu, Bakıxanov qəsəbədsi, Əli Kərim 9 ünvanında yerləşən binanın sakinləri olaraq cənab Yaşar Həsənovdan xahiş edirik ki, mövcud olan problemin tezliklə həll edilməsinə tapşırıpq versin. Əks halda biz cənab Prezident İlham Əliyevə və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da müraciət edəcəyik”.

Rubrika.Az
Geri qayıt