Əsas Səhifə > İdman > "Qarabağ" ikinci qolu buraxdı - CANLI YAYIM (YENİLƏNİR)

"Qarabağ" ikinci qolu buraxdı - CANLI YAYIM (YENİLƏNİR)


22-11-2017, 21:52
"Qarabağ" ikinci qolu buraxdı - CANLI YAYIM (YENİLƏNİR)

Çempionlar Liqasında V turun növbəti oyunları keçirilir.

Rubrika.az musavat.com xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxır.

C qrupunda mübarizə aparan çempionumuz son ev matçında İngiltərənin “Çelsi” komandasını qəbul edir. Bakı Olimpiya Stadionunda keçirilir.

Bu qarşılaşma "Qarabağ" komandası üçün həlledici görüşlərdən biridi.

Belə ki, “Qarabağ”ın avrokubok taleyi böyük ölçüdə V turun nəticələrindən asılıdı. Çünki bu qarşılaşmalardan sonra Ağdam təmsilçisinin 1/8 final şansı da, Avropa Liqası ümidi də qala, hətta sonuncu yer də rəsmiləşə bilər.

Çempionlar Liqası
Qrup mərhələsi, V tur
22 noyabr, C qrupu

21: 00. “Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:2 (Birinci hissə)
Qollar: Eden Hazard, 21-pen, Villian, 36
Qırmızı vərəqə: Rəşad Sadıqov, 19 ("Qarabağ")
Baş hakim: Manuel De Souza
Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos
Dördüncü hakim: Nuno Pereyra (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu

Rubrika.Az
Geri qayıt