Əsas Səhifə > İstisadiyyat > "Bank Standard"da problemlər nədən qaynaqlanır?
"Bank Standard"da problemlər nədən qaynaqlanır?25-11-2017, 13:24 |
|
Azərbaycan Mərkəzi Bankı ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənovun 2013-2016-cı illərdə Bankda audit aparılmaması barədə ittihamlarına münasibət bildirib. Qurumun sədr müavini Alim Quliyev açıqlamasında “Bank Standard”ın nəzarətdən kənarda qalmasını sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə izah edib: “Prezidentin sərəncamı ilə 2014-cü ildən yoxlamalar dayandırılmışdı. Ona görə də audit olmayıb”. “Bank Standard”dan kreditlərin 41%-nin 0%-lə verilməsinə gəlincə isə A.Quliyev bu fikrə münasibət bildirməkdən imtina edib. Rubrika.Az Geri qayıt |