Əsas Səhifə > Hadisə > Bakıda təcridetmə mərkəzində saxlanılan şəxs kamera yoldaşını döyərək öldürüb
Bakıda təcridetmə mərkəzində saxlanılan şəxs kamera yoldaşını döyərək öldürüb25-11-2017, 16:57 |
![]() Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Müvəqqəti təcridetmə mərkəzində saxlanılan 30 yaşlı Elman İbrahimov kamera yoldaşı Çingiz Xəlilovu döyüb. Rubrika.az-ın “Report”a istinadən xəbərinə görə, Ç.Xəlilov ağır xəsarətlər alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerlışdirilsə də, həkimlər Ç.Xəlilovun həyatını xilas edə bilməyib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Rubrik Geri qayıt |