Əsas Səhifə > Hadisə > İranda zəlzələ qurbanlarının sayı 500 nəfərə çatdı
İranda zəlzələ qurbanlarının sayı 500 nəfərə çatdı29-11-2017, 15:58 |
|
Noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ nəticəsində İranda ölənlərin sayı 483 nəfərə çatıb, 12 min nəfərdən çox insan xəsarət alıb. RNA agentliyinin verdiyi məlumata görə, ölənlərin 237-i kişi, 246-ı qadındır. Bundan əvvəl zəlzələ nəticəsində 445-ə qədər insanın öldüyü, 7 mindən çox insanın xəsarət aldığı açıqlanmışdı. Qeyd edək ki, noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ Azərbaycan, Türkiyə də daxil olmaqla, bölgədə yerləşən ölkələrdə hiss edilib. Rubrika.Az Geri qayıt |