Əsas Səhifə > Qanun > Prezident bu layihəni parlamentə təqdim etdi - 6 min cəriməsi var
Prezident bu layihəni parlamentə təqdim etdi - 6 min cəriməsi var27-11-2017, 12:48 |
![]() Azərbaycanda əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdirilir. Bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə qanun layihəsi təqdim edilib. Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir. Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər. Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək. Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Rubrika.Az Geri qayıt |