Əsas Səhifə > Hadisə > Sumqayıtda ev yandı: 14 sakin təxliyə olundu

Sumqayıtda ev yandı: 14 sakin təxliyə olundu


30-11-2017, 12:56
Sumqayıtda ev yandı: 14 sakin təxliyə olundu

Sumqayıt şəhərində 4 otaqlı evdə yanğın olub.

Rubrika.Az FHN-ə istinadən xəbər verir ki, şəhərdə ümumi sahəsi 110 kv.m olan 4 otaqlı mənzilin 1 otağının döşəməsi 6 kv.m sahədə və divar kağızı 4 kv.m sahədə yanıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Rubriak.Az
Geri qayıt