Əsas Səhifə > Müsahibə > Zaur Axundov futbolçularının həbsindən danışdı
Zaur Axundov futbolçularının həbsindən danışdı30-11-2017, 13:27 |
![]() “Keşlə”nin prezidenti Zaur Axundov futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun həbsinə münasibət bildirib. “Qafqazinfo”ya açıqlama verən klub rəsmisi məlumatı təsdiq edib. O bildirib ki, hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir və rəsmi məlumat yayacaqlar: “Biz dəfələrlə oyun alqı-satqısının qarşısını almaq üçün seminarlar keçirmişik. Dəfələrlə demişik ki, belə şeylər olmamalıdır. Bu seminarlarda hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər. Yəqin ki, indi onlarda hansısa məlumat var ki, Nizami və Mirhüseyni həbs ediblər. Biz də polisdən cavab gözləyirik”. Axundov klub tərəfindən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmadığını bildirib: “Yox, biz heç kimə bu barədə nəsə deməmişik. Sadəcə onlar özləri araşdırırlar. Hələlik yalnız 2 futbolçunu həbs ediblər. Hər şey ola bilər. Qoy bu hamıya dərs olsun”. Rubrika.Az Geri qayıt |