Əsas Səhifə > Qanun > Dövlət başçısı: ""Asiyanın Qəlbi” - İstanbul Prosesi Əfqanıstanın inkişafına töhfə verəcək"
Dövlət başçısı: ""Asiyanın Qəlbi” - İstanbul Prosesi Əfqanıstanın inkişafına töhfə verəcək"1-12-2017, 10:27 |
![]() "Azərbaycan "Asiyanın Qəlbi” - İstanbul Prosesi dialoq və əməkdaşlığın əhəmiyyətli prosesi kimi görür. Bu proses Əfqanıstanın inkişafına töhfə verəcək". Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib: "Beynəlxalq səviyyədə sərhədlərin tanınması və qorunması regional təhlükəsizliyin əsas şərti, dünyada təhlükəsizliyi təmin edən amildir. Bu, “Asiyanın Qəlbi” - İstanbul Prosesinin də əsasını təşkil edir və nazirlərin bəyanatında da əksini tapıb". Rubrika.Az Geri qayıt |