Əsas Səhifə > Hadisə > Hövsanda məktəbdə uşaqlar qollarını niyə kəsib?
Hövsanda məktəbdə uşaqlar qollarını niyə kəsib?1-12-2017, 14:25 |
![]() Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə intihara cəhd edən şagirdlərin sayı beş nəfərdir. Rubrika.az olke.az-a istinadla bildirir ki, bu barədə məktəbdən məlumat verilib. Bildirilib ki, hazırda şagirdlərin vəziyyəti normaldır və onlar dərsə gəlirlər: "Qollarında xırda sıyrıntılar var. Amma təhlükəli bir şey deyil. Hazırda həmin şagirdlər dərsdədirlər". Qeyd edək ki, məktəbin 6-cı sinif şagirdlərinin "Mavi balina" adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsdiyi bildirilirdi. Xatırladaq ki, yeniyetmələr arasında populyar olan bu oyunun əsas şərtlərindən biri məhz damarlarını kəsərək özünə xəsarət yetirməkdir. Oktyabrın 15-də isə Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asmışdı. Gəncin “Mavi balina” oynadıqdan sonra intihar etdiyi iddia olunurdu. Onu da xatırladaq ki, yeniyetmələri hədəf alan “Mavi balina” indiyədək təkcə Rusiyada 130 azyaşlı və gəncin intiharına səbəb olub. Oyuna daxil olmaq istəyən şəxslərə “admin” tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. İntihar etmək istəməyənlər yaxınlarının öldürüləcəyi ilə qorxudulur. 76 saylı məktəbdə isə şagirdlərin bu oyunun təsirinə düşüb-düşmədiyi araşdırmadan sonra bəlli olacaq. 30-cu polis bölməsindən hadisə ilə bağlı açıqlama vermək istəməyiblər. Rubrika.az Geri qayıt |