Əsas Səhifə > Mədəniyyət > Qubada "Rixos" oteldə yeni il qiymətləri od tutub "yanır"...
Qubada "Rixos" oteldə yeni il qiymətləri od tutub "yanır"...5-12-2017, 15:34 |
![]() İllərdi turizmdəın söz düşəndə hamı Azərbaycanda qiymətlərin ceyranın belində olduğunu, bu üzdən əlinə pul düşən varlı-kasıbın xaricə üz tutduğunu deyir, yazır və haray çəkirik. Hamı səbəbləri də bilir, ümid edilir ki, vəziyyət tezliklə düzələcək və həm qiymətlər aşağı düşəcək, həm xidmətin səviyyəsi artırılacaq, nəticədə qeyri-neft sektorunun ən önəmli sektoru olan turizm nəhayət bu məmləkətə də nəzərəçarpacaq xeyir gətirəcək, bu puladan büdcəyə də pay çatacaq, yetim-yesirin cibinə də... Amma özümüz deyib özümüz eşidirik. Neçə gündə feysbuka girməyimizə peşmanıq. Qubadakı Rixos oteldə ilsonu nəzərdə tutulacaq vur-çatlasının qiymətləri ilə tanış olanda adamın təzyiqi kəllə-çarxa çıxır. İnanmırısnızsa buyurun siz də tanış olun, sonra deməyin ki, demədik... Gəlin ilin son gününü birlikdə Rixos Quba Azerbaijan-da qeyd edək! Ulduz yağışı ilə yaddaşınızda iz qoyacaq möhtəşəm bayram şousuna hər biriniz dəvətlisiniz. İlin ən gözlənilən bayramında ulduz qonaqlarımız Sizə unudulmaz təəssüratlar bəxş edəcəklər. 31 dekabrdan 2 yanvaradək nəzərdə tutulan, xırda incəliklərinə qədər düşünülmüş bayram paketləri qiymətlərini Sizə təqdim etməkdən məmnunluq duyuruq. Deluxe Mountain View King - 1999 AZN Deluxe Mountain View Twin - 1999 AZN Deluxe Lake View King - 2099 AZN Deluxe Lake View Twin - 2099 AZN Junior Suite - 2199 AZN Honeymoon Suite - 2399 AZN Family Suite (4 nəfərlik) - 3399 AZN Manna Villa (2 nəfərlik) - 2499 AZN Midiya Villa (6 nəfərlik) - 5999 AZN Urmiya Villa (8 nəfərlik) - 7999 AZN Atropetana Villa (8 nəfərlik) - 7999 AZN Şərtlər və müddəalar: 18% ƏDV daxildir. Qiymət 3 gün 2 nəfər üçün nəzərdə tutulub. Qiymətə qıdalanma, Wi-Fi xidmətinə ödənişsiz qoşulma, otelin əlavə xidmətlərindən istifadə: (hovuz, sauna, türk hamamı və fitnes zal), daxildi. Qeyd: 2 yaşadək uşaqlar üçün ödəniş tələb edilmir; 2-6 yaşlı uşaqlara əlavə çarpayı üçün 50 AZN, 6-12 yaşlı uşaqlara 100 AZN, 12 yaşdan böyük şəxslər üçün 150 AZN ödəniş tələb olunur. Qiymət 1 gün üçün nəzərdə tutulmuşdur. Qiymətə qidalanma, şou proqram, Wi-Fi xidməti, otelin əlavə xidmətlərindən (hovuz, sauna, türk hamamı, fitness zalı və kanat yolundan) istifadə daxildir. Rubrika.Az Geri qayıt |