Əsas Səhifə > Hadisə > Neft Daşlarında neftçi neftçini öldürüb

Neft Daşlarında neftçi neftçini öldürüb


12-12-2017, 15:43
Neft Daşlarında neftçi neftçini öldürüb

Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

SOCAR-dan APA-ya verilən məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıcaqla xəsarət yetirib.

A. Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt