Əsas Səhifə > Hadisə > Şəhid hərbçimiz sabah Şabranda dəfn olunacaq

Şəhid hərbçimiz sabah Şabranda dəfn olunacaq


14-12-2017, 16:17
Şəhid hərbçimiz sabah Şabranda dəfn olunacaq

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu sabah Şabran rayonu, Gəndov kənd qəbiristanlığında dəfn olunacaq.

O, 19 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

Rubrika.Az"ın "Report"a istinadən verdiyi məlumata görə, 39 yaşlı hərbiçinin nəşi bu gün ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, şəhid F.Salahov ailəli olub, iki oğlu var.

Rubrika.Az
Geri qayıt