Əsas Səhifə > Hadisə > Təriqət üzvlərinə qarşı aparılan mübarizədə 16 terrorçu məhv edilib (YENİLƏNİB)
Təriqət üzvlərinə qarşı aparılan mübarizədə 16 terrorçu məhv edilib (YENİLƏNİB)14-12-2017, 17:23 |
![]() Bəzi xarici dini mərkəzlər tərəfindən radikal dini cərəyanların, yad dini idealogiyaların Azərbaycana ixracına cəhdlər göstərilir və bu istiqamətdə sosial şəbəkədən fəal istifadə etməyə çalışırlar. Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov deyib. Onun sözlərinə görə, ölkədə digər yad dini cərəyan nümayəndələri bu gün də fəaliyyət göstərir, qadın və azyaşlıları bu işə cəlb edir: "Həmin təriqət üzvlərinə qarşı aparılan mübarizə nəticəsində 16 nəfər terrorçu məhv edilib. Əməliyyatlar zamanı 21 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün 258 nəfərin vətəndaşlığı ləğv edilib". Rubrika.Az Geri qayıt |