Əsas Səhifə > Dünya > Gürcüstan parlament və prezident seçkisi qaydalarını dəyişir

Gürcüstan parlament və prezident seçkisi qaydalarını dəyişir


14-12-2017, 17:40
Gürcüstan parlament və prezident seçkisi qaydalarını dəyişir

Dekabrın 14-də Gürcüstan parlamenti yeni konstitusiya layihəsini ilk oxunuşda qəbul edib.

Rubrika.az-ın Novator.az-a istınadla məlumatına görə, ana qanunda əsas yeniliklərdən biri prezident seçkisi qaydasının dəyişməsidir. Hazırda prezidenti xalq seçir. Konstitusiyanın yeni layihəsinə əsasən, prezidenti seçmək xüsusi kollegiyaya həvalə edilir.

Başqa bir yenilik parlament seçkisi sisteminin dəyişdirilməsidir. Hazırda Gürcüstan parlamenti qarışıq sistemlə seçilir. Ana qanunun yeni layihəsində majoritar sistemin (dairələr üzrə seçkinin) ləğvi, parlamentin tam proporsional üsulla, partiya siyahıları üzrə seçilməsi nəzərdə tutulur.

Vətəndaşlıq məsələsində də yenilik təklif olunur. Hazırda qüvvədə olan ana qanuna görə, başqa ölkənin vətəndaşlığını alan şəxs Gürcüstan vətəndaşlığından çıxarılır (Məsələn, sabiq prezident Mixail Saakaşvili Ukrayna vətəndaşlığı aldığı üçün Gürcüstan vətəndaşlığını itirib). Yeni ana qanunla bu qayda ləğv edilir.

Rubrika.Az
Geri qayıt