Əsas Səhifə > Araşdırma > Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru Təhsil Nazirliyinin adından pul yığır - İDDİA/FOTO

Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru Təhsil Nazirliyinin adından pul yığır - İDDİA/FOTO


15-12-2017, 16:40
Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru Təhsil Nazirliyinin adından pul yığır - İDDİA/FOTO

Rubrika.az xeberdar.net-ə istinadla bildirir ki,Elton Həbibov adına Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru Balaşova Şəfəq Əlimərdan qızı ilə bağlı elektron poçtuna ilginc məlumatlar göndərilib.

Məlumatda bildirilir ki,direktor tutduğu vəzifəsindən sui-istifadə edərək qanunsuz işlərə imza atır:
“Bu məktəb Neftçalada ən çox qanun pozuntularının qeydə alındığı təhsil ocağı kimi tanınır. Məktəbdə yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti aşağı səviyyədədir. Ali məktəblərə repetitor yanında hazırlaşan 10 və 11-ci sinif şagirdləri direktorla “anlaşıb” aylığa çıxırlar. Bundan əlavə məktəbin direktoru işi o həddə çatdırıb ki, bu təhsil ocağında dərs alan şagirdlərdən aylıq “haqq” alır.”
Məlumatda əlavə olaraq iddia olunur ki, direktorun təlimatı ilə 9-cu sinifə qədər oxuyan şagirdlərdən hər ay 5 manatdan pul yığılır. Və bu məcburi qayda daşıyır. Həmin məbləğ 9-11-ci sinif şagirdləri üçün isə iki dəfə çoxdur. Yəni, 10 manat. Məktəbin direktoru bu pulları özü üçün deyil, Təhsil Nazirliyinin tapşırığı əsasında topladığını iddia edir. Deyilənlərə görə, direktor hətta birbaşa təhsil nazirliyinin əməkdaşı ilə görüşdüyünü və pulları da bilavasitə ona verdiyini iddia edir.

Bakunews.az xəbər verir ki, xeberdar.net xəbər portalına müəllim və valideynlər adından göndərilən iddiallar əsasızdır dedikləri yuxarıda göstərilən yazının tıqzib xarakter daşıyan cavab məktubundan dərd edilməsidə nəzərimizdən yayınmayıb. Belə ki, məktəbin iddiallarla razılaşmamasından sonra əldə etdiyimiz məlumatda sosial şəbəkələrdə adı çəkilən məktəbin şagirdlərinin "Pivənə qurban... fəsilə uyğun" komentli yazılarla paylaşan fotolar müəyyən etdik. Bu fotoda pivə və çipsi ilə 4 şagirdin yer aldığı selfi fotosunda olan valideynlər hansı iddiaların səhv olduğunu iddiasına qalxmaları sizcədə maraqlı deyilmi. Orta məktəb şagirdinin bu yaşlarda spirtli içkilərdən istifadə etməsi həmdə təhsil ocağına gedərkən bunu selfi edib paylaşması nə qədər düzdür.

Məsələ diqqətimizi cəlb etdiyi üçün məhz araşdırma aparmaq qərarına gəldik. Belə ki, növbəti yazımızda məktəb direktorunun dərs ərəfəsində şagirdlərin cibindən çıxardığı dərman pereparatlarının da hansı tərkibdə olması barədə geniş məlumat verəcəyik.
Mövzu diqqətimizdədir.
Bizi izləməyi unutmayın!

Rubrika.Az
Geri qayıt