Əsas Səhifə > Dünya > Qüdsdə yenə ara qarışdı – İsrail əsgərləri cümə namazından sonra hücuma keçdi

Qüdsdə yenə ara qarışdı – İsrail əsgərləri cümə namazından sonra hücuma keçdi


15-12-2017, 18:45
Qüdsdə yenə ara qarışdı – İsrail əsgərləri cümə namazından sonra hücuma keçdi

Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra fələstinlilər küçələrə tökülmüşdü.

Rubrika.az avropa.info-ya istinadla xəbər verir ki, “Həmas”ın üçüncü intifadanı elan etdiyi gündən bəri etirazlar davam edir. İsrail hərbçilərinin bibər qazı və silahla müdaxilə etdiyi etiraz aksiyalarında 2 nəfər ölüb.

Keçən həftə cümə günü “Qəzəb günü” elan edilmiş, Türkiyə daxil bir çox ölkələrdə etiraz aksiyaları təşkil olunmuşdu. Qüdsdə etirazlar bu gün cümə namazından sonra da davam edib. İsrail hərbçiləri yenə aksiyalara müdaxilə edərək bibər qazı və mərmilərdən istifadə edib.

Rubrika.az
Geri qayıt