Əsas Səhifə > Hadisə > Erməni ordusuna bunu yağ adına yedizdirdilər – Həbslər

Erməni ordusuna bunu yağ adına yedizdirdilər – Həbslər


16-12-2017, 18:47
Erməni ordusuna bunu yağ adına yedizdirdilər – Həbslər

Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvanda həbslərə başlayıb.

Bu barədə informasiyanı “Past” qəzeti yayıb.

Həbslər barədə hələlik rəsmi məlumatların verilmədiyi bildirilib. Həbslərə səbəb uzun illər ərzində xaricdən ölkəyə marqarin idxal edilərək, Ermənistan Müdafiə Nazirliyinə kərə yağı adı altında satılması olub. Bunun da nəticəsində marqarini idxal edən təşkilat Müdafiə Nazirliyindən milyonlarla dollar mənimsəyə bilib.

Hələlik həbslər yalnız Ermənistan Kənd Təsərrüffatı Nazirliyinin Baytarlıq və Fitosanitar Laboratoriya Xidmətləri Mərkəzində aparılıb.

Rubrika.Az
Geri qayıt