Əsas Səhifə > Dünya > Bu ölkə də narkotiki qanuniləşdirdi

Bu ölkə də narkotiki qanuniləşdirdi


16-12-2017, 18:55


Danimarka parlamenti tibbi məqsədlər üçün marixuananın istifadəsini qanuniləşdirib.

Rubrika.az axar.az-a istinadla xəbər verir ki, marixuana 2018-ci ilin yanvarın 1-dən əvvəlcədən müəyyən edilən kateqoriyaya uyğun olan pasiyentlərə veriləcək. Yeni qanun 4 il davam edəcək.

Marixuananın qəbulunun effekti tədqiqatçılar tərəfindən daim təhlil olunacaq və bu təhlillərdən sonra onun davam etdirilib-etdirilməməsi müəyyələşəcək.

Rubrika.Az
Geri qayıt