Əsas Səhifə > Dünya > ABŞ-ın Qüds qərarının ləğvi üçün söz BMT BAŞ MƏCLİSİNDƏ
ABŞ-ın Qüds qərarının ləğvi üçün söz BMT BAŞ MƏCLİSİNDƏ19-12-2017, 14:00 |
![]() ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etdiyi qərarın hüquqsuz sayılması ilə əlaqədar qətnamə layihəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Amerikanın vetosu ilə keçmədi. BMT Təhlükəsizlik Şurası, ABŞ-ın tək tərəfli olaraq Qüdsü İsrailin paytaxtı olaraq tanıma və səfirliyini Təl-Əvivdən Qüdsə köçürmə qərarına qarşı Fələstinin hazırladığı qərar layihəsini müzakirə etmək üçün toplanıb. İclasda ABŞ nümayəndəsi Nikky Haley, Vaşinqtonun Qüds ilə bağlı təklif olunan qanun layihəsini veto etdiyini bildirib. Söz indi BMT Baş Məclisindədir. Çünki BMT Baş Məclisində Təhlükəsizlik Şurasından fərqli olaraq heç bir dövlətin qərarı birtərəfli veto etmək hüququ yoxdur. Ona görə də layihə BMT TŞ-dan keçmədiyi üçün növbəti addımın, BMT Baş Assambleyasına müraciət olunacağı yönündədir. Məhz bu baxımdan BMT Baş Məclisi qərar layihəsinin qəbul olunması üçün ABŞ-ın qaça bilməyəcəyi son yerdir. Çünki Baş Məclis artıq vetoların arxasına gizlənə biləcək yer deyil. Bu isə o deməkdir ki, Baş Məclisdəki bütün dövlətlər Təhlükəsizlik Şurasında olduğu kimi siyasi iradı göstərə bilsələr, onda artıq İsrailin ABŞ hegemoniyasına sığınmaq planı bir işə yaramayacaq. Rubrika.Az Geri qayıt |