Əsas Səhifə > Hadisə > Çavuşoğludan SƏRT AÇIQLAMALAR: "ABŞ qoçuluq edir"

Çavuşoğludan SƏRT AÇIQLAMALAR: "ABŞ qoçuluq edir"


21-12-2017, 20:50
Çavuşoğludan SƏRT AÇIQLAMALAR: "ABŞ qoçuluq edir"
BMT-nin Baş Assambleyasının Qüdslə bağlı xüsusi sessiyası davam edir.

Rubrika.Az Publika.az-a istinadən xəbər verir ki, sessiyada Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu çıxış edib və haqq-ədalətin yanında olacaqlarını bildirib.

"Burada dəfələrlə toplantılara qatıldıq. Söylədik ki, fələstinlilərin də bizim kimi azad, firavan yaşamağa haqqı var. Ancaq işğal vəziyyəti davam etməkdədir. Nəsillər boyu fələstinlilər şiddətə və ayrı-seçkiliyə məruz qaldılar. Bugünkü səsvermə Fələstin probleminin bizim problemimiz olduğunu göstərməkdədir. Ədalətin və sülhün tərəfdarıyıq. ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsi ümumi dəyərləri heçə saymaq deməkdir. Bu qərara hüquqa ziddir. Bəziləri təhdid etməkdən belə çəkinmir. Ancaq BMT-yə üzv olan heç bir ölkə bu təhdidlərə boyun əyməməlidir. ABŞ qoçuluq edir. BMT üzvlərinin şərəfi satlıq deyil"
.
Rubrika.Az
Geri qayıt