Əsas Səhifə > Hadisə > Rusiya açıqladı: Türkiyə S-400-ün ödənişini belə edəcək

Rusiya açıqladı: Türkiyə S-400-ün ödənişini belə edəcək


21-12-2017, 21:42
Rusiya açıqladı: Türkiyə S-400-ün ödənişini belə edəcək

S-400 zenit raket komplekslərinin satışı ilə bağlı Rusiya və Türkiyə arasında bütün məsələlər həll edilib.
Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ödənişin bir qismi Ankarada, digər hissəsi isə Rusiya krediti hesabına ödəniləcək:
“Bütün məsələlər həll edildi. Güman edirəm ki, hərtərəfli aspektdə müqavilənin reallaşdırılması mərhələsi bir neçə gündən sonra baş tutacaq. Maliyyə məsələsi də bura daxildir”.

Rubrika.az

Geri qayıt