Əsas Səhifə > Hadisə > İranda zəlzələ olub

İranda zəlzələ olub


21-12-2017, 23:05
İranda zəlzələ olub

İranın mərkəzi hissəsində 5,2 bal gücündə zəlzələ olub. Rubrika.az Apa.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir.
Yeraltı təkanlar Bakı vaxtı ilə 21.04-də Ravər şəhərindən 46 km aralıda qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Qeyd edək ki, ötən Kərəc şəhəri yaxınlığında zəlzələ nəticəsində 2 nəfər ölüb, 117 nəfər xəsarət alıb.

Rubrika.az
Geri qayıt