Əsas Səhifə > Mədəniyyət > “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi “Qarabağın Mədəniyyət Xəzinəsi” adlı layihə çərçivəsində şagirdlərlə görüş keçirib

“Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi “Qarabağın Mədəniyyət Xəzinəsi” adlı layihə çərçivəsində şagirdlərlə görüş keçirib


22-12-2017, 17:27
“Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi “Qarabağın Mədəniyyət Xəzinəsi” adlı layihə çərçivəsində şagirdlərlə görüş keçirib

Rubrika.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Turizm və Menecment Universiteti və “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi və birgə təşkilatçılığı ilə həyata keçirilən “Qarabağın Mədəniyyət Xəzinəsi” adlı, Qarabağda olan və hərbi münaqişə zamanı ermənilər tərəfindən tamamilə və qismən dağıdılmış mədəniyyət abidələrimizin təbliğatı istiqamətində, təqdimat xarakterli maarifləndirmə layihəsi çərçivəsində 141 saylı tam orta məktəbin şagirdləri ilə görüşü keçirilib.


“Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi “Qarabağın Mədəniyyət Xəzinəsi” adlı layihə çərçivəsində şagirdlərlə görüş keçirib

Görüşə Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının sədri Qoşqar Rzalı giriş sözü başlayaraq layihə haqqında məlumat verib, sonda layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə və digər qurumlara öz minnətdarlığını bildirib.

“Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi “Qarabağın Mədəniyyət Xəzinəsi” adlı layihə çərçivəsində şagirdlərlə görüş keçirib

Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin “Mədəniyyət tarixi və nəzəriyyəsi” fənn müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə çıxış edərək Qarabağda olan və hərbi münaqişə zamanı ermənilər tərəfindən tamamilə və qismən dağıdılmış mədəniyyət abidələrimiz haqqında məktəbliləri məlumatlandırıb

“Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi “Qarabağın Mədəniyyət Xəzinəsi” adlı layihə çərçivəsində şagirdlərlə görüş keçirib

Qeyd edək ki, Layihənin məqsədinin əsasında ilk növbədə özünün tarixi, maddi-mədəniyyət abidələri ilə zəngin olan Qarabağımızın mədəniyyət abidələrini təbliğ etmək dayanır.

Rubrika.Az
Geri qayıt