Əsas Səhifə > Hadisə > Neftçalada silsilə oğurluq edən şəxslər tutuldu - Foto

Neftçalada silsilə oğurluq edən şəxslər tutuldu - Foto


22-12-2017, 19:12
Neftçalada silsilə oğurluq edən şəxslər tutuldu - Foto

Neftçalada evlərdən silsilə oğurluq edən 2 nəfər saxlanılıb.
DİN-in mətbuat xidmətindən Rubrika.az Axar.az-a istinadən verilən məlumata görə, dekabrın 20-də Neftçala rayon sakini Raqib Əzizov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus qarajdan oğurluq edilməsi barədə məlumat verib.
Məlumatla əlaqədar həmin ünvana gələn Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlər keçiriblər. Araşdırmalar nəticəsində məlum olub ki, qarajdan ümumi dəyəri 4610 manat dəyərində məişət avadanlıqları oğurlanıb.
Həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olmuş Vüsal Məmmədov və Adil Qəmbərov saxlanılıblar.
Araşdırma zamanı dəstə üzvlərinin törətdikləri başqa cinayətlərin də üstü açılıb.
Belə ki, onlar ifadələrində rayonun ərazisində qapısı bağlı evlərə girərək soyğunçuluq etdiklərini də etiraf ediblər. Oğurladıqları məişət əşyalarının bir qismini qiymətindən ucuz satıblar, müəyyən bir qismi isə maddi sübut kimi götürülüb.
Eyni zamanda vətəndaşa məxsus evə girərək 1200 manat dəyərində kompüteri oğurlamaqda şübhəli bilinən rayon sakini Orxan Bayramov saxlanılıb. Həmin şəxs ifadəsində evin pəncərəsini sındırmaq yolu ilə daxil olduğunu və kompüteri oğurladığını etiraf edib. Oğurladığı kompüter başqa evin zirzəmisindən tapılaraq maddi sübut kimi götürülüb.
Həmin gün həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus həyətyanı sahədən 10 metr olan 3 ədəd alüminium tor hasarları oğurlamaqda şübhəli bilinən rayon sakini Emin Həsənov saxlanılıb. Törətdiyi əməli etiraf edən E.Həsənov tor hasarları 35 manata satdığını etiraf edib. Həmin tor hasarlar araşdırma nəticəsində tapılaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələriylə cinayət işləri başlanılıb, istintaq gedir.

Rubrika.az
Geri qayıt