Əsas Səhifə > Hadisə > Azərbaycan təkistifadəlik şprisə olan təlabatını daxili istehsal hesabına ödəyəcək
Azərbaycan təkistifadəlik şprisə olan təlabatını daxili istehsal hesabına ödəyəcək22-12-2017, 22:03 |
![]() Gələn il Azərbaycanda “Diamed Co.” təkistifadəlik şpris istehsalı zavodu istismara veriləcək. Bu barədə Rublika.az APA-Economics-ə istinadən açıqlamasında zavodun təsisçisi Aytən Quliyeva bildirib. Xanım sahibkar qeyd edib ki, hazırda zavodun qurulması istiqamətində işlər aparılır: “Bu zavod Azərbaycan üçün çox önəmlidir. Zavod 2018-ci ildə istismara veriləcək. Hazırda mən zavodun qurulması ilə məşğulam”. Təsisçisi vurğulayıb ki, ilkin mərhələdə zavodda istifadə olunan məhsul daxili tələbatın ödənilməsinə, növbəti illərdə isə ixraca yönəldiləcək. “2018-ci ildə zavodda 100 milyon ədəd təkistifadəlik şprisin istehsal olunması planlaşdırılır. 2020-ci ildə bu göstərici 150-200 milyon ədədə çatdırılacaq”, - deyə A.Quliyeva bildirib. Rublika.az Geri qayıt |