Əsas Səhifə > Hadisə > Rusiyaya qara qar yağıb
Rusiyaya qara qar yağıb22-12-2017, 23:11 |
![]() Rusiyanın Novosibirsk şəhərində qara rəngdə qar yağıb, bəzi yerlərdə qarın qalınlığı bir neçə santimetrə çatıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, qara kül formasında olan yağıntı şəhərdə təpəciklər əmələ gətirib. Eyni zamanda yağıntı paltarların üzərində də qalır. Bu yağıntıların mənbəyi kömür-mazut yanacağı ilə fəaliyyət göstərən zavodun qazanxanasıdır. Novosibirsk meri Anatoli Lokot sakinlərin şikayəti əsasında Novosibirsk Elektrovoz Təmiri Zavodundan (NETZ) qazanxananı qazla işlətmək prosesinə keçidi sürətləndirməyi tələb edib. Rubrika.az Geri qayıt |