Əsas Səhifə > Hadisə > ABŞ generalından orduya əmr: MÜHARİBƏYƏ HAZIRLAŞIN!
ABŞ generalından orduya əmr: MÜHARİBƏYƏ HAZIRLAŞIN!23-12-2017, 10:47 |
![]() Norveçdə olan ABŞ dəniz piyadalarının komandanı general Robert Neller regionda böyük müharibənin başlayacağı barədə əsgərlərinə xəbərdarlıq edib. Neller regionda ABŞ-ın hərbi gücünün genişlənəcəyini, əsgərlərin yerdəyişməsinin baş verəcəyini bildirib. “Ümid edirəm ki, yanılıram, ancaq müharibə yaxınlaşır. Buradakı hərbi varlığımız sayəsində sizlər informasiya və siyasi mübarizəyə qoşulursunuz”, - Neller qeyd edib. Yaxın vaxtda diqqətlərin Sakit okean və Rusiyaya yönəldiləcəyini deyən Neller bunları vurğulayıb: “Sadəcə burada olduğunuzu unutmayın. Sizin onları müşahidə etdiyiniz kimi, onlar da sizi müşahidə edir. Burada 300 dəniz piyadası var. Bu sayı bir gecədə 3 minə çıxara bilərik”. Rubrika.Az Geri qayıt |