Əsas Səhifə > Hadisə > Almaniya Türkiyəyə qarşılıq verməlidir - alman mətbuatı
Almaniya Türkiyəyə qarşılıq verməlidir - alman mətbuatı23-12-2017, 22:01 |
![]() Türkiyənin atdığı addımlardan sonra Almaniyanın qarşılıq verməsinin vaxtı yetişib Rubrika.az Pia.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Süddoyçe Saytunq” qəzetində yayımlanan şərhdə qeyd olunub. Qəzet həmçinin Almaniya-Türkiyə münasibətlərinin yaxşılaşması üçün müxtəlif təkliflər irəli sürüb: “Ankara ilə əlaqələrin yaxşılaşdırılması imkanları mövcuddur. Bunun ilk addımı Almaniya Xarici İşlər naziri Ziqmar Qabrielin türkiyəli həmkarı Mövlud Çavuşoğlunu Almaniyaya dəvət etməsi ola bilər. Aylarla davam edən dava-dalaşdan sonra belə bir görüş ən azından atmosferi dəyişəcək bir irəliləyiş olar”. Şərhdə Almaniyanın terror təşkilatı PKK-nın ölkəsindəki strukturlarına qarşı mübarizəni daha ciddi formada aparılmasına köməklik göstərməsinin və Türkiyədə hərbi çevrilişə cəhd edən FETÖ-ya qarşı daha tənqidi yanaşmanın Almaniyanın xeyrinə olacağı bildirilib. Rubrika.az Geri qayıt |